“Azərsu”nu rəhbəri hesabat verdi


14:16     21 Aprel 2018 2018/04/qorxmazhuseynov-1524291199_1524291557.jpg

2004-2017-ci illərdə su təchizatı və kanalizasiya sektorunda əldə edilən nailiyyətlərə gəlincə deyə bilərik ki, həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində 9230 km içməli su xətti çəkilib, ümumi məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 308 artezian və subartezian quyusu qazılaraq istismara verilib.

Femida.az-ın məlumatına görə, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib. Onun sözlərinə görə, hesabat dövründə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülüb. Belə ki, son 14 ildə 3540 km kanalizasiya və yağış suları xətləri çəkilib, emal gücü sutkada 126 min kubmetr olan 3 tullantı sutəmizləyici qurğu tikilib, eyni zamanda 2 qurğuda əsaslı yenidənqurma işləri aparılıb.

O, qeyd edib ki, abonentlərin sayı bu ilin əvvəlinə 2004-cü illə müqayisədə 530 min artaraq 1 milyon 410 minə çatıb, eyni zamanda 1 milyondan artıq sayğac quraşdırılıb. Müqayisə üçün bildirək ki, 2004-cü ildə fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi ölkə üzrə 26 faiz olduğu halda, artıq bu göstərici 67 faizə çatıb. Bakı şəhəri üzrə isə fasiləsiz su təchizatı səviyyəsi 29 faizdən 81,5 faizə yüksəlib.

Qorxmaz Hüseynov bildirib ki, ötən ilin statistik göstəriciləri də fəaliyyətimiz haqqında dolğun fikir yürütməyə əsas verir. Belə ki, 2017-ci ildə 108 km-i magistral olmaqla 1366 km su, 382km kanalizasiya kollektoru və xətləri,2 içməli və tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb,6 nasos stansiyası və 105 min ədəd sayğac quraşdırılaraq istismara verilib.

"Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda 116min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, mərkəzləşmiş qaydada fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi 66,9 faizə yüksəlib".

Femida.az

Açar sözlər: #Azərsu   #Hesabat   #Tullantı   #Qurğu  

Oxunub: 1627