Maskalı şəxslər Bakıda evə basqın edib
16:10 21 Aprel 2018
Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində quldurluq hadisəsi törədilib.
Femida.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinad verdiyi xəbərə görə, aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər.
Onlar istədiklərinə nail ola bilmədiklərindən N. Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.
Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.
Femida.az
Oxunub: 1222
Oxşar xəbərlər
- "COVID-19-la əlaqədar neqativ dinamika var, maskalardan istifadə edin!" - RƏSMİ
- Sabahdan Azərbaycanda maska tələbi ləğv edilir
- Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir
- Maska qadağasının ləğvi ilə bağlı təkliflər Operativ Qərargaha göndərilib
- DİN-dən vətəndaşlara maska XƏBƏRDARLIĞI
- Maska tələbi ilk olaraq bu məkanlarda ləğv olunacaq – AÇIQLAMA
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Azərbaycanda maska məcburiyyəti aradan qaldırılır
- Maska və vaksin pasportu ləğv edilir? - AÇIQLAMA
- DYP tibbi maska ilə bağlı avtobus sürücülərinə müraciət edib