Oğurluq edən şəxslər saxlanıldı
16:40 21 Aprel 2018
Sumqayıt və Qubada oğurluqda şübhəli bilinən şəxslər tutulublar
Femida.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən aprelin 16-da şəhər ərazisindəki evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Mehbalıyev və Zaur Feyziyev saxlanılıblar.
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə aprelin 17-də rayon ərazisindəki evlərin birindən 1600 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Sabir Orucov, Taleh Abıyev və Qalib Əlibəyov tutulublar. Q. Əlibəyovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Zöhrab Həsənovla birgə daha bir evdən 700 metr elektrik naqili oğurlaması da müəyyən edilib.
Görülmüş tədbirlərlə Z. Həsənov saxlanılıb.
Femida.az
Oxunub: 805
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Bakı-Sumqayıt qatarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıt sakini bıçaqlanaraq öldürülüb
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Sumqayıtda qumbara tapılıb
- Bu gün Bakı-Sumqayıt qatarının ləngiməsinin səbəbi açıqlanıb
- Bakı-Sumqayıt qatarının bayram günündə hərəkət qrafiki açıqlanıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb