Ölkənin inkişafı üçün əlimdən gələni edəcəyəm” - Yeni nazir

"Ölkənin inkişafı üçün əlimdən gələni edəcəyəm” - Yeni nazir

12:50     21 Aprel 2018 novruz.jpg

“Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.


Femida.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov qeyd edib ki, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: “Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq lazımdır, inkişafı daha sürətləndirmək lazımdır. Bundan sonra çalışacağam ki, ölkənin inkişafı üçün əlimdən gələni edim”.

O, əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox böyük layihələri həyata keçirib: “Ölkəmiz beynəlxalq əməkdaşlığa böyük töhvələr verib. İqtisadi sahədə indiyədək əldə etdiyimiz uğurları daha konkretləşdirmək lazımdır. Qarşımda duran əsas vəzifə budur. Ümumilikdə ölkəmiz siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə uğurlar qazanıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 1054