Bakıda ağır yol qəzası - İki nəfər öldü


17:17     21 Aprel 2018 Qeza2.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


Femida.az-ın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinad verdiyi xəbərə görə, aprelin 21-i saat 01 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş E. Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Piyada   #Sürücü   #Avtomobil  

Oxunub: 995