DİQQƏT! Yağışa görə bu tədbir təxirə salındı


17:57     21 Aprel 2018 2018/04/oxu-gunu_1524303521.jpg

Heydər Əliyev Mərkəzinin parkında, açıq havada keçirilməsi nəzərdə tutulan “Oxu günü” tədbiri hava şəraiti ilə əlaqədar təxirə salınıb.


Femida.az xəbər verir ki, dünəndən başlayan yağmur tədbirin başqa vaxta təyin edilməsinə səbəb olub.

Hələlik tədbirin yeni vaxtı məlum deyil.

Qeyd edək ki, “Oxu günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti, oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur. “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edir.

Hər il reallaşdırılan tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə keçirilir.

Femida.az

Açar sözlər: #Kitab   #Oxu   #Mərkəz   #Təhsil  

Oxunub: 2013