Türkiyədə terror hadisələri: “Məqsəd HDP-ni vurmaqdır”
15:11 23 Sentyabr 2015
“Təxminən 1 aydan sonra Türkiyədə təkrar seçkilər keçiriləcək. Ölkədəki son durumları dəyərləndirsək, seçkilər barədə proqnozlar heç də gözlənilən kimi olmayacaq”
Femida.az xəbər verir ki, bu sözləri politoloq Fərhad Mehdiyev Türkiyədə qarşıdan gələn 1 noyabr parlament seçkilərini şərh edərkən deyib. Politoloqun fikrincə, AKP bu dəfə də təkbaşına hökumət formalaşdıra bilməyəcək:
“AKP növbəti seçkilərdə hardasa, 40 faiz ətrafında səs toplaya biləcək. Hər halda, hazırkı real mənzərə bunu deməyə əsas verir. HDP-ni vurma cəhdləri baş tutmayacaq və HDP yenə barajı keçəcək. Ancaq həmin ərəfədə AKP MHP-dən bir az səs ala biləcək. MHP isə təxminən 14-15 faiz civarında səs toplayacaq. Bir sözlə, hakim partiya yenə təkbaşına hökumət qura bilməyəcək. Bu müharibə və terror hadisələrinin hamısı HDP-nin səslərini geri almağa hesablanır. Bu ehtimallarla yanaşı, yenə də dəqiq nəsə söyləmək çətindir. Hətta Türkiyədə belə real mənzərə qarşısında bir çox siyasi şərhçilər dəqiq proqnozlar verə bilmirlər”.
Politoloq Avropa Birliyi naziri, HDP-çi millət vəkili Heydər Koncanın noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərinə də münasibət bildirib:
“Heydər Koncanın partiyasının bu və ya digər səbəblərdən səddi keçə bilməyəcəyi təqdirdə Türkiyənin bölünməsi, ölkədə və bütün coğrafiyada demokratiyanın HDP-nin əlində olmasına yönəlik çıxışı bütöv bir şəkildə dəyərləndirilməlidir. O, çıxışında bəzi avtoritar və Ərdoğanın HDP-nin səslərini əritmək yolundakı addımlarına da toxunub. Koncanın bəhs etdiyi “Türkiyə bölünə bilər” təhlükəsi, kürdlərin və sosialistlərin sivil mübarizə yollarının əngəllənməsi durumunda, həmin insanların bir hissəsinin zorakılığa əl ata biləcəkləri mənasına gəlir. Bu sözləri hər hansı bir analitik də deyə bilərdi. Millət vəkilinin bu çıxışı ona işarədir ki, müəyyən ideologiyaya sahib olan insanların sivil və dinc yollarla öz fikir və istəklərini dilə gətirməsinin qarşısını alınacağı təqdirdə insanların bir hissəsi həqiqətən də qeyri-sivil yollara əl atmağa məcbur qala bilərlər”.
Qeyd edək ki, Türkiyədə noyabrın 1-də parlament seçkiləri keçiriləcək.
Oxunub: 1463
Oxşar xəbərlər
- Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq
- Türkiyədə terror təhlükəsi - 20 nəfər saxlanıldı
- Türkiyədə kağız fabriki yanır
- Türkiyədəki partlayışın səbəbi bilindi - Yeniləndi
- Türkiyədə avtobus qəzası - 18 şagird yaralanıb
- Türkiyədə fövqəladə vəziyyət ləğv edilir - TARİX
- Türkiyədə ağır qəza: 31 yaralı var
- Türkiyədə aviareyslər təxirə salındı
- Türkiyədə 28 terrorçu məhv edilib
- Türkiyədə deputatlar arasında dava düşüb - FOTO