MİDA-nın rəhbəri vəzifəsindən azad edildi


23:21     21 Aprel 2018 2018/04/samir1_828-1524322829_1524324143.jpg

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.


Femida.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, S.Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Femida.az

Açar sözlər: #Sərəncam   #Arxitektura   #İlhamƏliyev  

Oxunub: 2901