Hacıbala Abutalıbov vəzifəsindən azad edildi - SƏRƏNCAM


23:35     21 Aprel 2018 2018/04/718376_4426894_1524325385.jpg

Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az-ın xəbərinə görə, sərəncama əsasən, Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, H. Abutalıbov bu gün baş nazirin müavini təyin edilib.

Femida.az

Açar sözlər: #Hacıbala-Abutalıbov   #Prezident   #sərəncam  

Oxunub: 4408