İrəvan mitinqinin lideri saxlanıldı - Ermənistanda gərginlik artır


16:12     22 Aprel 2018 18_04_22_1524384801.jpg

Ermənistanda hakimiyyət əleyhinə aksiyalara rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan polis tərəfindən saxlanılıb.


Bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, müxalifətin aksiyası Erebuni rayonunda dayandırılıb. Polis aksiyaçıları əhatəyə alıb və Paşinyanı kütlənin içindən çıxararaq aparıb.

Qeyd edək ki, bu gün Nikol Paşinyanın Serj Sarqsyanla görüşü uğursuz başa çatıb.

Femida.az

Açar sözlər: #ermənistan   #paşinyan   #müxalifət   #etiraz  

Oxunub: 1047