Üç ayda əsas kapitala 2869,2 milyon yönəldilib


22:19     22 Aprel 2018 manat_1802158.jpg

2018-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2869,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az vəsait yönəldilib.


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istifadə olunmuş vəsaitin 2174,8 milyon manatı və ya 75,8 faizi məhsul istehsalı obyektlərinin, 521,9 milyon manatı (18,2 faizi) xidmət sahələri üzrə obyektlərin, 172,5 milyon manatı (6,0 faizi) isə ümumi sahəsi 383,2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 42,8 faizi dövlət, 57,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 74,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 51,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 1732,2 milyon manat, bank kreditləri 392,0 milyon manat, büdcə vəsaitləri 556,9 milyon manat, büdcədənkənar fondların vəsaitləri 17,0 milyon manat, əhalinin şəxsi vəsaitləri 156,3 milyon manat, sair vəsaitlər 14,8 milyon manatdır.

Femida.az

Açar sözlər:

Oxunub: 612