Kabildə partlayış qurbanlarının sayı 52 oldu


22:52     22 Aprel 2018 2018/04/644602_1524408828.jpg

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.

Femida.az bildirir ki, hadisə nəticəsində yaralananların 112-yə çatıb. Daha öncə 31 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilirdi. Ölənlər arasında uşaq da var.

Partlayış seçicilərin qeydiyyatı üçün mərkəz qarşısında baş verib. Ölkənin DİN rəsmisi Nəcib Daniş bildirib ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 793