Aİ İrəvandan tələb edir: Etirazçıları azadlığa buraxın!

Aİ İrəvandan tələb edir: Etirazçıları azadlığa buraxın!

20:07     22 Aprel 2018 aksiya_ermenistan_072.jpg

Avropa İttifaqı (Aİ) İrəvanda etiraz aksiyaları zamanı saxlanılan müxalifətçilərin dərhal azadlığa buraxılmasını tələb edib.

Femida.az TASS-a istinadən xəbər verir ki, Aİ tərəfləri təmkinli olmağa çağırıb.

"Öz qanuni hüquqlarının həyata keçirilməsi zamanı qeyri-qanuni saxlanılan hər bir kəs dərhal azad olunmalıdır", -deyə bəyanatda vurğulayıb.

Qeyd edək ki, bu gün İrəvanda keçirilən etiraz aksiyalarında 230-a yaxın şəxs saxlanılıb. Tutulanlar arasında aksiyaların lideri Nikol Paşinyan da var.

Açar sözlər: #Ermənistan   #Mitinq  

Oxunub: 537