Liftdə qalan şəxs xilas edildi


01:46     23 Aprel 2018 fhn.jpg

Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib. Əməliyyat başa çatıb.

Açar sözlər: #FHN  

Oxunub: 642