Köməksiz qalan 1 nəfər xilas edildi


13:31     23 Aprel 2018 lift9.jpg

Paytaxtda liftdə köməksiz qalan 1 nəfər xilas edilib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #Paytaxt   #Sabunçu   #Lift  

Oxunub: 827