“Orta ümumtəhsil müəssisələri haqqında” qanun hazırlanır


13:47     23 Aprel 2018 18_04_23_1524462656.jpg


“Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun may ayında yaradılması nəzərdə tutulur.

Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, “Peşə təhsili haqqında” qanun layihəsi III oxunuş üçün müzakirələrdən keçdikdən sonra “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsi üzərində işin aparılması nəzərdə tutulur:

“Yəqin ki, may ayında “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq və bu sahə üzrə dünya təcrübəsi öyrəniləcək”.

Femida.az

Açar sözlər: #qanun   #layihə   #məclis   #məktəb  

Oxunub: 1270