130 insan alveri qurbanına yardım edilib


14:11     23 Aprel 2018 qadin_isgence_314.jpg

2017-ci ildə və 2018-ci ilin birinci rübü ərzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 94 nəfər insan alveri qurbanına və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 36 nəfər potensial insan alveri qurbanına Mərkəz tərəfindən yardımlar göstərilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Femida.az-a bildirib ki, qeyd olunan insanların hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib olunub və ehtiyacları nəzərə alınmaqla bir sıra şəxslərə eyni vaxtda bir neçə növdə yardımlar göstərilib (Məsələn, bir şəxs eyni vaxtda həm tibbi, həm hüquqi yardımla təmin edilib, həm də məşğulluğu təmin edilib və s.).

"Ötən ilin və cari ilin ilk rübündə həmin 94 nəfər insan alveri qurbanından 31 nəfərin tibbi, 77 nəfərin psixoloji və hüquqi yardımla təminatı həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə onlardan 14 nəfərin münasib işlə təmin olunmasına, 9 nəfərin isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik göstərilib. Həmçinin ehtiyaclarına uyğun olaraq, insan alveri qurbanlarından 20 nəfər sığınacaqla təmin edilib.

Eyni zamanda, ötən il və cari ilin ilk rübündə 36 nəfər potensial insan alveri qurbanından da bir sıra şəxslər eyni vaxtda bir neçə yardım növü ilə təmin olunublar. Onlardan 7 nəfərinin məşğulluğuna, 6 nəfərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik edilib. 27 nəfərinə tibbi, 43 nəfərinə psixoloji və hüquqi yardım göstərilib", - deyə nazirlik rəsmisi qeyd edib.

Femida.az

Açar sözlər: #Məşğulluq   #Peşə   #Psixoloji  

Oxunub: 1451