FHN-in helikopteri dənizdə batan 2 gənci axtarır


15:09     23 Aprel 2018 2018/04/fhn-helikopter_1524467468.jpg

18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.


FHN-dən Femida.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara nazirliyin aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #FHN   #Helikopter   #Axtarış  

Oxunub: 1744