Birinci xanım köçkün ailələrini sevindirdi (FOTO)
23:39 10 May 2015
Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışı olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva binanın açılışında iştirak ediblər.
Azərbaycanın birinci xanımı və qızları Kəlbəcər rayonundan məcburi köçkün Niyazi Ələkbərovun mənzilində yaradılan şəraitlə tanış oldular.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yeni mənzillə təmin olunmaları münasibətilə ailənin üzvlərini təbrik etdi.
Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edən məcburi köçkün Niyazi Ələkbərov yeni mənzillə təmin olunduqları günün ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə eyni vaxta təsadüf etməsini onların həyatında əlamətdar hadisə adlandırdı.
Binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.
Oxunub: 825
Oxşar xəbərlər
- Birinci xanım qızları ilə Yeni il şənliyində
- Birinci vitse-prezidentin Katibliyində yeni təyinat
- Birinci vitse-prezident Parisdə - FOTOLAR
- Birinci vitse-prezidentə yeni köməkçi təyin olunub
- Birinci vitse-prezident yeni məktəb binasının açılışında
- Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
- Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar
- Birinci sinfə qəbul başladı
- Birinci vitse-prezident SABAH-ın məzunlarını təbrik edib
- Birinci vitse-prezident təməlqoyma mərasimində