Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi
15:51 23 Aprel 2018
Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətindən Femida.az-a verilən xəbərə görə, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: “Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.
Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir. Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.
Femida.az
Oxunub: 1282
Oxşar xəbərlər
- Nazirlik: Əhaliyə 486 milyon manat ödənilib
- Sahil Babayev görüş keçirəcək
- Monitorinq olacaq
- Nəcməddin Sadıkov vəzifəli şəxslərin məruzələrini dinlədi - VİDEO
- Cəbhədən XƏBƏR VAR
- Prezident hərbi maşının sükanı arxasında - FOTOLAR
- ATƏT təmas xəttində monitorinq keçirəcək
- Zakir Həsənov Çində döyüş vasitələrinə baxış keçirdi - FOTOLAR