Kənddə evdən 10 min manatlıq qızıl oğurladı


15:59     23 Aprel 2018 qizil1.jpg

Aprelin 21-də RPŞ-nin Səmədabad Polis Bölməsinə ərazidəki evlərdən birindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət daxil olub.


Din Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən xəbərə görə, əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Biləsuvar rayonu Səmədabad kəndində yaşayan Baloğlan Haqverdiyev olduğu müəyyən edilib.

O saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Femida.az

Açar sözlər: #Qızıl   #Polis   #Araşdırma  

Oxunub: 647