Energetika Nazirliyində yeni TƏYİNAT


16:54     23 Aprel 2018 hokumet%20evi.jpg


Energetika naziri Pərviz Şahbazov Rauf Zeynal oğlu Rzayevi özünə yeni köməkçi təyin edib.

Femida.az xəbər verir ki, o, bundan əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin investisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri olub.

Qeyd edək ki, Energetika Nazirliyində aparılmış struktur islahatları nəticəsində nazirin müşaviri vəzifəsi ləğv edilərək nazirin köməkçisi vəzifəsi ilə əvəz edilib.

İndiyə qədər müşavir olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin keçmiş direktor müavini Zaur Məmmədov nazirliyin aparat rəhbəri təyin olunub.

Femida.az

Açar sözlər: #energetika   #nazirlik   #təyinat  

Oxunub: 1639