“ASAN Xidmət”ə yeni rəhbər təyin olundu
16:58 23 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin səlahiyyətlərini qurumun sədr müavini Ülvi Mehdiyev icra edir.
Femida.az Report-a istinadən verirdiyi məlumata görə, Dövlət Agentliyinə sədr təyin olunana qədər quruma rəhbərliyi Ü.Mehdiyev həyata keçirəcək.
Xatırladaq ki, aprel ayının 21-də Prezident İlham Əliyevin sərəcamı ilə Dövlət Agentliyinin sədri İnam Kərimov vəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.
Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. 2005-2006-cı illərdə hərbi xidmət keçib. 2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb. Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Femida.az
Oxunub: 2441
Oxşar xəbərlər
- Qaçırılan "ASAN Xidmət" əməkdaşı tapıldı
- "ASAN xidmət" şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı xidmət saatlarını uzadıb
- Prezident 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib
- Mayın 28-də “ASAN xidmət” işləməyəcək
- “ASAN xidmət” mərkəzlərində iş başladı
- Prezident Naxçıvanda “ASAN xidmət” binasının tikintisi ilə tanış olub
- Naxçıvanda “ASAN xidmət”ə direktor təyin edildi
- Türkdilli Dövlətlərin yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də
- İraq Parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də
- İndiyədək “ASAN xidmət”ə 42 milyon müraciət olub