İrəvanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO


18:49     23 Aprel 2018 18_04_23_1524480588.jpg


Ermənistanın ali təhsil müəssisələrinin tələbələri bu gün tətil elan edərək dərslərə girməyiblər.

Ermənistanda kütləvi etiraz aksiyaları artəq 11-ci gündür davam edir.

Femida.az Real TV-yə istinadən xəbər verir ki, artıq etirazçılara hərbçilər də dəstək veriblər.

Son məlumatlara görə, İrəvanda hərbçilər etiraz aksiyasında iştirak edən tələbələrə qoşulublar.

Bundan əvvəl isə Ermənistanın ali təhsil müəssisələrinin tələbələri bu gün tətil elan edərək dərslərə girməyiblər.

Onlar müxalifətin keçirdiyi etiraz aksiyalarına qoşulublar.

Tələbələr müəllimləri də etiraz yürüşünə qoşulmağa çağırıblar.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.

Açar sözlər: #İrəvan   #etiraz   #mitinq   #hərbçi  

Oxunub: 1787