Paşinyan azadlığa buraxıldı


19:29     23 Aprel 2018 2018/04/pasinyan1_1524483189.jpg

Ermənistanda "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan azadlığa buraxılıb.


Femida.az Azərbaycan xəbər verir ki, bununla bağlı baş nazirin müavini Karen Karapetyan Baş Prokurorluğa müraciət edərək Paşinyanla bağlı həbs qətimkan tədbirinin ləğvini istəyib.

"Bizim fəaliyyətimizin məntiqi dəyişməyib. Axşam mitinq Respublika meydanında olacaq. Ona qədər isə mən cari vəziyyətlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəm. Hələ vaxtımız var" — deyə Paşinyan jurnalistlərə bildirib.

O, qeyd edib ki, hərəkatın həbsdə olan bütün tərəfdarları azadlığa buraxılmalıdır. Qeyd edək ki, Paşinyanla birlikdə parlamentin iki deputatı və 200-dək mitinqçi də həbs edilib.

Karapetyanla nə barədə danışdıqlarına gəlincə, Paşinyan deyib ki, bunu axşamkı mitinqdə açıqlayacaq.

Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb. Aprelin 17-də müxalifət ölkədə "məxməri inqilab"ın başladığını elan edib. Buna baxmayaraq, parlament Sarqsyanı baş nazir kürsüsünə oturdub.


Femida.az

Açar sözlər: #Ermənistan   #Paşinyan  

Oxunub: 818