Mehdi Məmmədovun yubileyi keçiriləcək
19:37 23 Aprel 2018
Prezident İlham Əliyev aprelin 23-də Azərbaycanın görkəmli teatr rejissoru, SSRİ Xalq Artisti Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, Sərəncama əsasən, Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda vurğulanır ki, 2018-ci ilin may ayında tanınmış aktyor, teatrşünas alim və pedaqoq, Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədovun anadan olmasının 100 illiyi tamam olur. Nadir istedada malik rejissor kimi M.Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazıb.
Femida.az
Oxunub: 1331
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Kamil Əliyevin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
- Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək
- ADPU-nun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
- Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
- FHN-in yubiley medalı təsis edilib
- İlham Əliyevdən daha bir yubiley medalının təsis edilməsi haqqında FƏRMAN
- Yubiley və xatirə pul nişanlarının yeni satış qaydası müəyyənləşib
- Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
- Böyük Vətən müharibəsinin yubiley medalının kimlərə veriləcəyi məlum olub