Sübahir Qurbanova hökm oxundu


19:58     23 Aprel 2018 2018/04/subahir_1524484824.jpeg

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.


Sabunçu rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Femida.az

Açar sözlər: #General   #Hökm   #Hakim   #Həbs  

Oxunub: 3055