Ermənistanda xaos - Zabitlər hərbi hissələrdən qaçır (VİDEO)


20:50     23 Aprel 2018 18_04_23_1524486030.jpg


Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarına 2016-cı ildə Qarabağda aprel döyüşlərində iştirak etmiş hərbçilər də qoşulub.

Femida.az “Tert.am”-a istinadən xəbər verir ki, hərbçilər deputatlarla görüşmək istəyiblər.
Eyni zamanda onlarla əsgər və zabitlər İrəvanın mərkəzindəki hərbi hissələrdən biri özbaşına tərk edərək etiraz meydanına axın ediblər.

Ermənistanın Müdafiə Nazirliyi hərbçilərin aksiyalarda iştirakını təsdiqləyib və buna görə qınayıb. Bildirlib ki, hərbi hissələri özbaşına tərk edən onlarla hərbçi barəsində müvafiq cəza tədbirləri görüləcək.



Femida.az

Açar sözlər: #Sarkisyan   #Ermənistan   #istefa   #siyasət   #mitinq  

Oxunub: 3382