Kreml: Ermənistanda baş verənlər ölkənin daxili işidir


20:52     23 Aprel 2018 TOM450d2d_kreml.jpg

Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib.


Femida.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.

"Bu, istisnasız olaraq Ermənistanın daxili işidir", - deyə Kremlin sözçüsü Rusiyanın Ermənistanda baş verən etirazların regiondakı vəziyyətə təhlükə kimi görüb-görməməsi ilə bağlı suala cavabında bildirib.

Bununla yanaşı D. Peskov Rusiyanın bu ölkədə baş verənləri diqqətlə izlədiyini qeyd edib: "Ermənistan bizim yaxın müttəfiqimizdir, Avrasiya İqtisadi Birliyinin iştirakçısıdır. Ona görə də, əlbəttə ki, bizim üçün bu ölkə hədsiz vacibdir. Biz orada baş verənləri diqqətlə müşahidə edirik".

Femida.az

Açar sözlər: #Kreml   #Moskva   #Ermənistan   #Avrasiya  

Oxunub: 795