MTN generallarına HÖKM OXUNDU - SİYAHI


21:15     23 Aprel 2018 2018/04/gene_1524489524.jpg

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Femida.az-ın məlumatına görə, generallardan Teymur Quliyev 12 il, polkovnik Fuzuli Əliyev 14 il, Zaur Məmmədov və Natiq Alıyev 10 il 6 ay, Eşqin Əliyev və Anar Şirəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qadın general Natəvan Mirvətovaya isə 5 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Fərhad Atayev və Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Femida.az

Açar sözlər: #General   #Həbs   ##Hökm   #Məhkəmə  

Oxunub: 2292