“Prezident gənc kadrlara böyük etimad göstərir” - Ramiz Mehdiyev (VİDEO)


22:28     23 Aprel 2018 ramiz545.jpg

“Hesab edirəm ki, yaxşı olacaqdır. Bu gün də rəhbər vəzifələrə təyinatlar olacaq”.


Femida.az xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə açıqlamasında deyib. Onunu sözlərinə görə, prezidentin məqsədi ondan ibarətdir ki, nazir vəzifələrinə, ümumiyyətlə isə rəhbər vəzifələrə gənc və bacarıqlı, güclü mütəxəssislər, xarici dilləri bilənlər və müasir tipli kadrlar təyin olunmalıdır:

“Bunları da cənab prezident həyata keçirir. Bu günlərdə də təyinatlar olacaq. O, təyinatlara baxıb görəcəksiniz ki, həqiqətən də cənab prezident gənc kadrları irəli sürür və onlara böyük etimad göstərir”.



Femida.az

Açar sözlər: #Ramiz-Mehdiyev   #ATV   #prezident  

Oxunub: 2443