Bakı metrosundakı dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR
22:46 23 Aprel 2018
Dünən Bakı metropolitenində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.
Femida.az Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində - metronun “28 May” stansiyasında sərnişinlərin gözü qarşısında özünü qatarın altına ataraq intihar edən Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı ailəli olub. O, 2 uşaq anası imiş.
Bildirilir ki, Ruhəngiz Səfərova son vaxtlar psixoloji problemlər yaşayırmış və səhhətində bu səbəbdən narahatlıqlar yaranıbmış. O, Lənkəranda doğulsa da, uzun müddətdən bəri Bakıda yaşayıb.
Qeyd edək ki, dünən bəzi saytlarda Ruhəngiz Səfərovaya aid olduğu iddia edilən foto yayılıb. Qeyd edilib ki, onun üzərindən məktub tapılıb. Eyni zamanda bildirilirdi ki, guya R.Səfərovanın atası onu Fərrux adlı şəxsə ərə verdiyi üçün özünü öldürüb. Lakin ilkin istintaq zamanı bu iddialar təsdiqini tapmayıb və tamamilə yanlış olduğu üzə çıxıb. Vəfat etmiş qadının qohumları yayılan bu yalan məlumatlara son qoyulması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Femida.az
Oxunub: 1635
Oxşar xəbərlər
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
- Bakı metrosunda qatarda nasazlıq yaranıb
- Bakı metrosunda pis qoxu səbəbindən sərnişinlər təxliyə edilib
- Bakı metrosunda sərnişin vəfat edib
- "Bakı Metropoliteni"nin Elektrik Təchizatı Xidmətinin rəisi dəyişib
- Bakı metrosunun iki yeni stansiyasında tikinti işləri gedir
- Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq
- Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
- "Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb