MN-dən bəyanat: “Düşmən təxribata əl ata bilər”


23:28     23 Aprel 2018 18_04_23_1524495613.jpg


Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Femida.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. "Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaqdır".-deyə, nazirliyin bəyanatına qeyd olunub.

Femida.az

Açar sözlər: #Müdafiə   #Nazirlik   #bəyanat  

Oxunub: 1228