Ekologiya və təbii sərvətlər naziri dəyişdi


23:29     23 Aprel 2018 ekologiya.jpg


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni rəhbər təyinatı olub.

Femida.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, M.Babyev bu təyinatadək Milli Məclisin deputatı, SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifələrində işləyib. Bundan əvvəl ekologiya və təbii sərvətlər naziri isə Hüseynqulu Bağırov idi.

Femida.az

Açar sözlər: #Ekologiya   #Nazirlik   #prezident   #sərəncam   #Muxtar_Babayev  

Oxunub: 2398