Dövlət Miqrasiya Xidmətinə yeni rəis təyin olundu


23:33     23 Aprel 2018 18_04_23_1524497694.jpg


Dövlət Miqrasiya Xidmətinin yeni rəisi təyin olunub.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Vüsal Əfqan oğlu Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Vüsal Hüseynov V çağırış Milli Məclisin deputatıdır. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, buna qədər Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri General-mayor Firudin Nəbiyev idi.

Femida.az

Açar sözlər: #Vüsal_Hüseynov   #deputat   #sədr   #komitə   #prezident   #təyinat   #sərəncam  

Oxunub: 3642