Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev oldu


23:42     23 Aprel 2018 18_04_23_1524498219.jpg


Səfər Mehdiyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri təyin olunub.

Femida.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, S.Mehdiyev bu təyinatadək Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsində işləyib. Bundan əvvəl Dövlət Gömrük Komitəsinin sədri Aydın Hüseynov idi.

Femida.az

Açar sözlər: #Dövlət   #Gömrük_Komitəsi   #sədr   #təyinat  

Oxunub: 3159