Gömrük Komitəsinin yeni sədrinin DOSYESİ


00:55     24 Aprel 2018 18_04_23_1524501238.jpg

Azərbaycan respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Yeni sərəncama əsasən, Səfər Məmməd oğlu Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Mehdiyev Səfər Məmməd oğlu 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirmişdir.Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

2006-cı ilin fevral ayından bu günə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Bu gündən prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Ailəlidir, 2 övladı var./olke.az

Femida.az

Açar sözlər: #Gömrük_Komitəsi   #sədr   #dosye   #Səfər_Mehdiyev  

Oxunub: 2834