"Sovetski"də 2 mindən artıq ev və obyekt söküləcək - VİDEO


02:49     24 Aprel 2018 sovetski2.jpg


Paytaxtın "Sovetski" kimi tanınan ərazisində qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililərin sökülməsi davam etdiriləcək.

Femida.az xezerxeber.az-a istinadən bildirir ki, bu il ərzində ərazidə olan evlərin satın alınması və həmin ərazinin təmizlənməsi işləri həyata keçiriləcək. Artıq məsələ ilə bağlı qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqəsədilə müvafiq tenderlər də keçirilib.

Söküləcək 2010 ev və qeyri-yaşayış obyektinin yerindəki ərazinin abadlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Sovetski"də abadlaşdırma işlərinin birinci mərhələsi 26 hektarlıq sahəni əhatə etmişdi və burada 4300 ev və obyekt sökülmüşdü.



Femida.az

Açar sözlər: #sovetski   #ev   #söküntü   #Bakı  

Oxunub: 2739