Milli Məclisdə 6 yer boş qalıb
03:32 24 Aprel 2018
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla əksər dövlət qurumlarına rəhbər təyin edilib. Prezidentin komandasında yer verdiyi şəxslərin arasında deputatlar da var.
Nazirlər Kabinetinin yeni tərkibində yer alan millət vəkillərinin siyahısı:
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;
Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov.
Bu deputatlara hökumətdə vəzifə verildiyindən, yaxın vaxtlarda deputat fəaliyyətlərinə də xitam veriləcək. Beləliklə, Milli Məclisə daha 4 yer boşalmış olacaq.
Bundan başqa, Milli Məclisdə 2 yer də boş qalıb. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra, onun deputat fəaliyyətinə xitam verilib.
Milli Məclisin deputatı Astan Şahverdiyev isə bir neçə gün əvvəl vəfat edib. Bu səbəbdən, Milli Məclisdə ümumilikdə 125 deputatdan yalnız 119-u təmsil olunur.
Femida.az
Oxunub: 891
Oxşar xəbərlər
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- İlham Əliyev Tacikistan Ali Məclisi Milli Məclisinin sədrini qəbul edib
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Sabah Milli Məclisin yaz sessiyası başlayır
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb