Bakıda maşın aşdı - 2 nəfər yaralı var


14:18     24 Aprel 2018 asibbbbb.jpg

Aeroport yolunun paytaxtın Sabunçu rayonu ərazisinə düşən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Femida.az xəbər verir ki, Rusiya dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin səkiyə dəyərək aşması nəticəsində sürücü və onun qadın sərnişini yüngül bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Açar sözlər: #Qəza   #Lexus   #Avtomobil   #Yaralılar   #Xəstəxana  

Oxunub: 1005