DİM xəbərdarlıq etdi
14:45 24 Aprel 2018
Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il aprelin 30-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzinmüvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
24 aprel saat 09:45-dək olan məlumata əsasən, 70743 abituriyent elektron ərizəsini təsdiq edib.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize/internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiz.
Femida.az
Oxunub: 1464
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Ulduzların əhatəsində Samsung-un təqdimatı!
- Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub
- Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub
- Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib