Kollegiya iki vəkilin fəaliyyətinə qadağa qoydu
15:41 24 Aprel 2018
Aprelin 23-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.
Femida.az-ın verdiyi xəbərə görə, iclasda baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətinə baxılıb. R.Usubov qeyd edib ki, AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkilərinin işini siyasiləşdirməklə, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salıblar.
Rəyasət Heyəti də Usubovun müraciətini təsdiqləyərək hər iki vəkilin 1illik müddətə fəaliyyət göstərməsinə qadağa qoyub. Vəkillər bununla razılaşmır və heç bir qanun pozuntusuna yol vermədiklərini və qərarla bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Femida.az
Oxunub: 1874
Oxşar xəbərlər
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
- Baş Prokurorluqda kollegiya iclası başlayıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib
- Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
- Vəkillər HELP Tədris Proqramı üzrə təlim kursunu başa vurdu
- DİN-də Kollegiya iclası keçirilib
- Ombudsman Vəkillər Kollegiyasının sədri ilə görüşüb
- Baş Prokurorluqda Kollegiya iclası keçirilib