Türkiyədə hərbçilərin uniforması dəyişir


16:08     24 Aprel 2018 2018/04/turk-herb_1524557617.jpg


Türkiyə Silahlı Qüvvələri hərbi uniformalarını dəyişir.


Femida.az-ın məlumatına görə, yeni uniforma NATO standartlarına uyğun hazırlanıb və peyk vasitəsilə aşkar olunması çox çətindir.

Qeyd olunur ki, həmin uniformalar Afrində həyata keçirilmiş "Zeytun budağı" əməliyyatında sınaqdan keçirilib.

Yeni uniforma üç il müddətində hazırlanıb. Bu il iyul ayının sonunadək Türkiyə Silahlı Qüvvələrinin bütünlüklə yeni uniformalara keçidi planlaşdırılır.

Femida.az

Açar sözlər: #Türkiyə   #hərbçi   #uniforma  

Oxunub: 971