Ermənilərin türklərə qarşı törətdiyi soyqırımlar - VİDEO

Ermənilərin türklərə qarşı törətdiyi soyqırımlar - VİDEO

12:23     24 Aprel 2018 2018/04/tk-soyqiirm-manset_1524558262.jpg


Tarixən bütün qonşularına torpaq iddiaları, regionda ən böyük olmaq arzusu ilə yanıb alışan erməni milləti bu arzunu həyata keçirmək üçün XX əsrin əvvəllərində türkləri hədəf seçmişdi. Bu gün onlar iddia etdiyi “qondarma soyqırım”ın ildönümünü qeyd edirlər. Lakin ermənilər bunun böyük bir yalandan ibarət olduğunu və əksinə türklərə qarşı hansı vəhşilikləri törətdiklərini çox yaxşı bilirlər.


Ermənilər tərəfindən törədilən qırğınların xülasəsi:

Ermənilər XX əsrin əvvəllərində məskunlaşdıqları Türkiyə torpaqlarında çoxalıb türkləri qırmaqla ərazini ələ keçirmək planı güdürdülər. Osmanlı arxivləri göstərir ki, 1910-1922-ci illərdə 523 min türk ermənilər tərəfindən öldürülüb. Başqa bir mənbə isə bildirir ki, bu illərdə ümumilikdə ermənilər tərəfindən türklər də daxil olmaqla, 2.5-3 milyon müsəlman öldürülüb.

Fransa Xarici İşlər Nazirliyindən Rusiyanın Paris Səfirliyinə göndərilən 14 May 1915-ci il tarixli bir yazıda Van üsyanı zamanı bölgədə təxminən 6 min müsəlmanın öldürüldüyü bildirilir. 1918-ci ildə ermənilər rus ordusunun Ərzurumda çəkilməsi zamanı şəhərdə qarşılarına çıxan bütün türkləri öldürüblər. Tepeköydə öldürülən türklərin cəsədləri 2010-cu ildə Atatürk Universitetinin apardığı qazıntılar zamanı tapılıb. 16 İyul 1919-ci il tarixli bir Osmanlı sənədində ermənilərin Şərur və Naxçıvan bölgəsində də müsəlmanlara hücum edib öldürdükləri, cəsədləri Araz çayına tökdükləri qeyd edilir.



1920-ci ildə, bir erməni zabitinin yazdığı hesabatda vurğulanır ki, “Basar-Keçərdəki türkləri ayırd etmədən öldürdük. Kişi, qadın, uşaq... ayrı-seçkilik etmədik". 30 Mart-3 Aprel 1918-ci tarixlərində isə 12 minə yaxın azərbaycanlı və digər müsəlman etnik qruplar ermənilərin qurbanına çevrilib. Azərbaycanlıların evləri yandırılıb.

Amerikalı tarixçi Castin Makkarti 100 min Rusiya və Anadolu ermənisinin türklərə qarşı döyüşdüyünü yazır: “Andronikin başçılığı ilə 4 il ərzində türklərə və azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər edildi. Ermənilərin nəşr etdiyi “Bakı” qəzetinin 30 yanvar 1915-ci il nömrəsində Qarsda 24, Ardahanda 18, Şadivanda 2, Qolda 34 müsəlman kəndinin tamamilə yandırıldı. Təkcə Qars və Ardahanda öldürülən türklərin sayı 30 minə çatır. Həyatını xilas etməyə çalışan minlərlə müsəlman dağlarda soyuqdan və aclıqdan öldü. Sivasda silahlanmış yerli erməni əhalisi 150 min türkü vəhşicəsinə qətl etdi. Erməni tədqiqatçıları türklərin kollektiv şəkildə məhv edildiyini etiraf edirlər. 1915-ci ildə Erməni Yardım Komitəsinin sədri S. Artunov yazmışdır: "Qarsa səfər edərkən müharibədən təsirlənən, evlərini itirmiş və dindar qardaşlarına sığınan müsəlman mühacirlər olduğuna əmin oldum".

Arxiv sənədlərinə görə, 1914-1919-cu illərdə Anadoluda Van, Bitlis, Muş, Trabzon, Ərzurum, Sarıkamış və Qars ətrafında ermənilər tərəfindən 360 mindən çox adam öldürülüb.



Xalqımız ermənilərin türklərə qarşı törətdikləri dəhşətli qırğınları heç vaxt unutmur, unutmayacaq. Eyni mənşəyə, ümumi siyasi tarixə, mədəniyyətə sahib olan Türkiyə və Azərbaycan xalqlarının sevinci də kədəri də eynidir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #erməni   #Ermənistan   #soyqırım   #qondarma   #türk   #müsəlman   #Azərbaycan   #Van   #Kars   #Iğdır   #video   #Erzurum  

Oxunub: 5700