Erməni polkovnik yol qəzasında öldü - FOTO


16:54     24 Aprel 2018 2018/04/423f_1524560147.jpg

Ermənistanda baş verən yol qəzasında polkovnik rütbəli hərbi qulluqçu ölüb.


Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu gün saat 09:30 radələrində Ararat vilayətinin Araksavan kəndinin su keçidində "Toyota Vitz" markalı avtomobil aşkarlanıb.

Xilasedicilərin həyata keçirdiyi tədbirlər nəticəsində İrəvan şəhər sakini 73 yaşlı Eduard Qevorkyanın meyiti aşkarlanaraq avtomobildən çıxarılıb.

Məlumata görə, Qevorkyan polkovnik rütbəli hərbi qulluqçudur. Hadisə iştirakçılarının dediyinə görə, Qevorkyan milli təhlükəsizlik nazirliyinin keçmiş əməkdaşı olub. Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: #Erməni   #polkovnik   #Toyota   #Qevorkyan  

Oxunub: 1701