Ermənilər Azərbaycan mahnısı ilə bayram edir - VİDEO


17:09     24 Aprel 2018 18_04_24_1524561052.jpg


Ermənilər hakimiyyəti qəsb etmiş Serj Sarkisyanın istefasını ABŞ-ın Los-Anceles ştatında bayram kimi qeyd ediblər.

Femida.az Kult.az-a istinadən xəbər verir ki, Los-Anceles meriyası önündə toplaşan ermənilər Azərbaycanın musiqi incilərindən olan “Qadan mən alım” mahnısının sədaları altında şənlik keçiriblər.

Sözügedən görüntüləri “Amerikanın səsi” radiosu yayıb.

Qeyd edək ki, Ələkbər Tağıyevin bəstələdiyi bu mahnı Zeynəb xanım Xanlarova da daxil olmaqla, bir çox məşhur sənətçimizin ifasında səslənib.



Femida.az

Açar sözlər: #erməni   #Azərbaycan   #mahnı  

Oxunub: 2245