Obama: “Avropada Qələbənin 70 illiyini qeyd edirik“


00:25     11 May 2015 qelebinin%2070%20illiyi%20femida.JPG

"Biz Avropada İkinci Dünya Müharibəsində müttəfiqlərin qələbəsini qeyd edirik"


ABŞ prezidenti Barak Amerika xalqına həftəlik müraciətində İkinci Dünya Müharibəsinin sona çatmasının 70 illiyinin qeyd edilməsindən danışıb. “Bu gün biz Avropada İkinci Dünya Müharibəsində müttəfiqlərin qələbəsini qeyd edirik”-deyə cənab Obama müraciətində bildirib.

Prezident Obama müharibənin başa çatması ilə yanaşı, bu mühüm gündə ölkəyə xidmət edən qadın və kişi hərbçilərə ehtiram bildirildiyini deyib. “Biz Avropada və hər yerdə müttəfiqlərimizlə azadlıq, təhlükəsizlik, demokratiya, insan haqları və dünyanın hər yerində qanunun aliliyi kimi paylaşdığımız dəyələrə bir daha sadiqliyimizi bildiririk”-deyə cənab Obama müraciətində bildirib.

ABŞ prezidenti deyib ki, İkinci Dünya Müharibəsinin sona çatmasının 70 illiyi sadəcə tarixi hadisənin anılması demək deyil. “Gəlin, özümüzü onların uğrunda mübarizə apardığı azadlıq işinə həsr edək”-deyə ABŞ prezidenti müraciətində bildirib.

Açar sözlər:

Oxunub: 595