Fransa prezidenti İlham Əliyevi təbrik edib
18:31 24 Aprel 2018
Fransa prezidenti Emmanuel Makron İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Femida.az-ın məlumatına görə, təbrikdə deyilir
"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Azərbaycanın və onun xalqının rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyir, ən səmimi arzularımı çatdırıram.
Bu münasibətlə mən növbəti illərdə də ikitərəfli əlaqələrimizi inkişaf etdirmək arzusunda olduğumu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Fransanın var qüvvəsi ilə çalışacağını bir daha vurğulamaq istəyirəm.
Bu il fevralın 21-də Sizə göndərdiyim məktubda qeyd etdiyim kimi, bu məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını vacib hesab edir və yaxın aylarda Parisdə Sizinlə görüşmək arzusunda olduğumu bildirirəm.
Cənab Prezident, bir daha Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdıraraq, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Femida.az
Oxunub: 711
Oxşar xəbərlər
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İlham Əliyev Emmanuel Makronu təbrik edib
- Makron yenidən seçildikdən sonra ilk telefon danışığını Şoltsla edib
- Putin Makronla telefonla danışıb
- Aİ Makron, Şolts və Putinin danışıqlarından sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
- Makron Putinlə növbəti danışıqların vaxtını açıqlayıb
- Putin Makronla telefonla danışıb
- Makron Putin və Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə edib
- Emmanuel Makron İlham Əliyevə telefonla zəng edib
- Makron Putin və Zelenski ilə telefonla danışıb