Bakıda yol kəsdilər, sürücünü təhdid etdilər - VİDEO


19:28     24 Aprel 2018 18_04_24_1524569250.jpg

Aprelin 23-də Bakı-Ələt yolunun 34-cü kilometrində yolun əks istiqamətinə çıxaraq, axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı, “BMW” markalı avtomobilin sürücüsü Avtosfer.az-ın kamerasına düşüb.

Femida.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkət edən sürücü qarşıdan əks istiqamətdə hərəkət edən avtomobilə yaxınlaşarkən sürətini azaldıb və onun nömrəsini qeydə aldıqdan sonra yenidən yoluna davam edib.

Bundan qəzəblənən 90-SO-003 qeydiyyat nişanlı, “BMW”-nin sürücüsü və sərnişini görüntüləri qeydə alan avtomobilin arxasınca gedib, təhlükəli manevrlər edərək onun qarşısını kəsiblər. Bu zaman avtomobildən düşən sərnişin sürücüyə yaxınlaşarkən maşına təpik vurub.

Bundan sonra onlar yenidən avtomobillə ardınca gedib, bir daha təhlükəli manevrlər edərək həmin sürücünün qarşısını kəsiblər. Bu dəfə avtomobildən düşən sürücü də görüntüləri qeydə alan avtomobilə təpik vurub.

Nəticədə avtomobilin banı əzilib, sürücüyə maddi və mənəvi ziyan vurulub. Sürücü dərhal DİN-nin 102 Qaynar Xəttinə şikayət edib.



Femida.az

Açar sözlər: #Bakı   #maşın   #yol  

Oxunub: 2514