"Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır" - Ramiz Mehdiyev


21:46     24 Aprel 2018 ramiz545.jpg


"Hesab edirik ki, Miqrasiya Xidmətində təmizlik və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır”.

Femida.az ATV-yə istinadən xəbər verir ki, bunu Miqrasiya Xidmətinin yeni rəisinin təqdimatda çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

O qeyd edib ki, elə olmamalıdır ki, sabah bu məsələlər yenidən baş versə, aidiyyatı insanlar məsuliyyətə cəlb olunsun:

"Miqrasiya xidməti demək olar ki, Azərbaycanın qapısıdır və o şəffaf işləməlidir. Ölkəyə, dövlətimizə hörmət gətirməlidir. Əgər hörmət gətirmirsə, deməli ,belə bir qurum Azərbaycan dövləti üçün lazımsızdır”.

Femida.az

Açar sözlər: #Miqrasiya_Xidməti   #rüşvətxorluq   #Ramiz_Mehdiyev  

Oxunub: 845